“Debi” tropik fırtınası

Meksika körfəzində yaranan “Debi” tropik fırtınası nəticəsində ölənləri sayı 7-yə çatıb.

AZƏRTAC-ın məlumatına görə, onlardan 6-sı avtomobil qəzası və üzərinə ağac düşməsi nəticəsində həyatını itirib. Fırtına ilk olaraq avqustun 5-də zəif kateqoriyalı qasırğaya çevrilərək Florida ştatı sahillərindən quruya çıxıb. Növbəti gün küləyin sürəti saatda 80 kilometrə kimi yüksəlib. Qasırğanın əsas təsirləri Florida, Corciya, Şimali və Cənubi Karolina ştatlarında hiss olunub. Hazırda Şimali Karolina, Virciniya və Merilənd ştatlarında güclü küləyin və yağışın davam edəcəyi bildirilir. Hər üç ştat fövqəladə şəraitə hazırlıqlı vəziyyətə gətirilib.

Əvvəlki məqaləYunanıstan sahillərində 4,9 bal gücündə zəlzələ olub
Növbəti məqalədəXəzər dənizində zəlzələ olub