Abşeron Milli Parkında Ümumdünya Ətraf Mühit Günü qeyd edilib

26
Abşeron Milli Parkında Ümumdünya Ətraf Mühit Günü qeyd edilib

Abşeron Milli Parkında tələbə və gənclərin iştirakı ilə Ümumdünya Ətraf Mühit Gününə həsr olunmuş “Ekosistem xidmətləri və onların yaratdıqları dəyərlər” mövzusunda görüş keçirilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Xəzər Universitetinin Coğrafiya və Ətraf Mühit Departamentinin müdiri, Ekosistem Xidmətləri və Biomüxtəliflik üzrə Beynəlxalq Ekspert Panelinin üzvü Rövşən Abbasov mövzu ilə bağlı çıxış edərək tələbə və gənclərə ətraf mühitin mühafizəsi, ekosistemin qorunması, iqlim dəyişmələrinin təsirlərinin yumşaldılması, su ehtiyatlarından səmərəli istifadə, bərk və məişət tullantılarının idarə olunması sahəsində beynəlxalq təcrübə barədə, eləcə də, Xəzər dənizində qeydə alınan səviyyə tərəddüdləri haqqında məlumat verib.

Görüşün sonunda ekspert iştirakçıları maraqlandıran sualları cavablandırıb.

Əvvəlki məqaləŞüvəlanda təmizlik aksiyası təşkil edilib
Növbəti məqalədəÖtən gecə Xırdalanda tikintiyə görə 23 ağac və 32 kol kəsilib