Ağacların qurudulmasının qarşısı alınıb

19
Ağac

Paytaxtın Buzovna-Maştağa yolundakı ticarət obyektlərin qarşısında bir neçə çoxillik şam ağaclarının bilərəkdən məhv edilməsi ilə əlaqədar daxıl olan məlumatla bağlı Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən dərhal məsələyə operativ reaksiya verilərək həmin ünvanda araşdırma və inventarizasiya aparılıb.

Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, ağacların dibindən torpaq nümunələri götürülüb və laboratoriyaya analizlərə göndərilib. Analizlərin nəticəsi kimi ağacların quruması səbəbinin xəstəlik və ya kənar müdaxilə olduğu dəqiqləşəcək. Bildirilib ki, ağacların bilərəkdən qurudulması faktı aşkar edildiyi təqdirdə günahkarlara qarşı ciddi ölçü götürüləcək.

Aparılan araşdırmalarla yanaşı, həmin ərazidə Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi əməkdaşları tərəfindən yeni ağacların əkilməsi təmin edilib, mövcud ağaclara aqrotexniki qulluq göstərilib.

Əvvəlki məqaləKürəkçayın Çaykənd məntəqəsində suyun səviyyəsi 22 santimetr artıb
Növbəti məqalədəBakıda “Plastik butulkanı ekoçantaya dəyiş” aksiyası keçirilib