“Azərsu”: “Gəncədə içməli suyun verilməsində məhdudiyyətlər yaranacaq”

38

Magistral su kəmərində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar Gəncə şəhərinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər yaranacaq.

Bu barədə “Report”a “Azərsu” ASC-dən bildirilib.

Məlumata görə, hazırda “Azərsu” ASC-nin briqadası və texnikası qəza yerində işləyir: “Qəza aradan qaldırıldıqdan sonra suyun verilişi bərpa olunacaq. Narahatlıqla əlaqədar “Azərsu” abonentlərdən üzr istəyir”.

Əvvəlki məqaləErmənilərin Laçın və Xocalıda törətdiyi yanğınlarla bağlı cinayət işi başlanılıb
Növbəti məqalədə“Aşıq Pəri Məclisi” Ozan Sənətinin Təbliği İctimai Birliyi yeniyetmə və gənc üçün ustad dərslərinə start verdi