işlənmiş batareya

Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Qırmızı Ürəklər Fondu tərəfindən həyata keçirilən “Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi uğurla davam etdirilir.

Layihə çərçivəsində könüllülər “Azərbaycan Dəmir Yolları” QSC-nin inzibati binasından, “Araz” (Statistika filialı), “Bravo” (Koroğlu filialı) və “Rahat” (Yeni Günəşli filialı) mağazalarından ümumilikdə 73 kq işlənmiş batareya toplayaraq “Tullantıları İdarəetmə Mərkəzi” MMC-yə təhvil veriblər.

Layihənin əsas məqsədi istifadəyə yararsız elektrik batareyalarının təhlükəsiz şəkildə toplanması və xüsusi şəraitdə zərərsizləşdirilməsi, həmçinin cəmiyyətdə ekoloji məsuliyyətin artırılması, tullantıların düzgün idarə olunması barədə maarifləndirmənin gücləndirilməsidir.

Əvvəlki məqalə“II Yaşıl düşüncə maarifləndirmə proqramı” çərçivəsində tullantıların idarə olunması mövzusunda təlim keçirilib
Növbəti məqalədəProkurorların yaşıl missiyası: Bakıda başlayan iqlim ədaləti hərəkatı Belemdə davam edir