Xəzər günü

2006-cı ilin 12 avqust tarixində “Xəzər dənizinin ətraf mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyası”nın qüvvəyə minməsindən sonra hər il avqustun 12-si Xəzər Günü kimi qeyd olunur.

“Xəzər günü”nün qeyd edilməsində məqsəd Xəzər dənizinin ətraf mühitinin çirklənmədən qorunması, o cümlədən Xəzər dənizinin bioloji ehtiyatlarının mühafizəsi, bərpası, davamlı və səmərəli istifadə olunması və bu istiqamətdə əhalinin maarifləndirilməsindən ibarətdir.

Əvvəlki məqaləBakı ilk dəfə olaraq İqlim Fəaliyyəti Həftəsinə ev sahibliyi edəcək
Növbəti məqalədəSabah Abşeron çimərliklərində suyun temperaturu 27 dərəcə isti olacaq