zəlzələ

Noyabrın 27-də Cəlilabad seysmoloji stansiyasından 13 kilometr şimalda – Cəlilabad rayonunda zəlzələ qeydə alınıb.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosundan AZƏRTAC-a verilən məlumata görə, yerli vaxtla saat 17:07-də qeydə alınan yeraltı təkanların maqnitudası 3.3-ə bərabər olub.

Ocağı 27 kilometr dərinlikdə yerləşən zəlzələ hiss olunmayıb.

Əvvəlki məqaləİsmayıllıda “Gənc fotoovçu yaşıl kənddə” adlı layihə həyata keçirilir
Növbəti məqalədəDünya Ekoloji Təhsil Günü ilə əlaqədar şagirdlərlə maarifləndirici görüş keçirilib