“COP29-da gənclərin fəaliyyət istiqaməti olduqca önəmlidir və bu sahədə maarifləndirmə işləri görüləcək”
Bunu COP29-un İqlim üzrə gənclər çempionu Leyla Həsənova AZƏRTAC-ın müxbirinin sualına cavab olaraq deyib.
O qeyd edib ki, gənclərin inkişaf və təcrübə mübadiləsi istiqamətlərinin genişləndirilməsi hədəflənir. Eyni zamanda, qlobal proseslərdə gənclərin iştirakçılığının təmin olunmasına yönəlmiş tədbirlər keçiriləcək.