Ekologiya və Təbii Sərvətlər Nazirliyinin işçiləri peşə bayramını qeyd edirlər

28
ETSN

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) kollektivi peşə bayramının qeyd olunmasına Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin xatirəsini anmaqla başlayıb. Ulu Öndərin məzarı önünə əklil qoyulub, əziz xatirəsi ehtiramla yad edilib. Sonra Şəhidlər xiyabanında ölkəmizin müstəqilliyi uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsi anılıb.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, ETSN-də keçirilən tədbirdə ətraf mühitin mühafizəsi sahəsində xüsusi xidmətlərinə görə fərqlənənlərə “Fəxri Fərman”lar verilib.

Sonda nazirliyin kollektivi adından ölkə Prezidentinə müraciət qəbul olunub.

Qeyd edək ki, nazirliyin əməkdaşları bu gün peşə bayramlarını əkilən ağaclara qulluq etməklə, təbii su hövzələrinə balıq buraxmaqla, eləcə də milli parklarda maarifləndirici tədbirlər keçirməklə qeyd edirlər.

Əvvəlki məqaləSabah milli parklarda “açıq qapı” günü keçiriləcək
Növbəti məqalədəLeysan nəticəsində çaylarda sululuq artıb