“Eovin” qasırğası

“Eovin” qasırğasının elektrik şəbəkəsinə vurduğu ziyan nəticəsində Şimali İrlandiyada təxminən 75 min istehlakçı hələ də elektrik enerjisindən məhrum olub.

AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, bazar günü Şimali İrlandiya ərazisində külək üçün sarı hava xəbərdarlığı qüvvədədir. Bu xəbərdarlıq yerli saatla 19:00-a qədər davam edəcək. Bir çox bölgədə küləyin sürəti saatda 40-60 mil (65-96 km) arasında dəyişir.

Əvvəlki məqaləTəhlükəsiz tullantıların idarə olunması üzrə fəaliyyətin səmərəli təşkil edilmədiyi aşkarlanıb
Növbəti məqalədəHacıqabulda zəlzələ baş verib