İndoneziyada Semeru vulkanının püskürməsi səbəbindən 2000 nəfər təxliyə edilib

23
Semeru vulkanının püskürməsi
Semeru vulkanının püskürməsi

İndoneziyanın Yava adasında Semeru vulkanının püskürməsi səbəbindən həmin əyalətdən 2000-dək insan təxliyə edilib.

AZƏRTAC “Reuters” agentliyinə istinadla xəbər verir ki, İndoneziya Nəqliyyat Nazirliyi vulkan püskürməsinin aviadaşımalara təsir göstərmədiyi, lakin iki regional aeroporta ayıq-sayıq olmaq üçün bildiriş göndərildiyi barədə məlumat yayıb.

Vulkan nəticəsində həlak olan və ya yaralananlar barədə məlumat verilməyib.

Əvvəlki məqaləFındıq qabığından hazırlanan briket yanacağından kəndlərdə istifadə olunacaq
Növbəti məqalədəXəzər dənizinin sahilində 700-ə yaxın ölü suiti tapılıb