Şərqi Sakit Okean qasırğa mövsümünün ilk siklonu Meksikanın cənub sahillərinə yaxınlaşır.
Trend xarici KİV-ə istindla xəbər verir ki, küləyin sürəti 90 mil/saat (145 km/saat)-a çatır, lakin bazar ertəsi qasırğa quruya çatmazdan əvvəl bu göstəricinin artacağı gözlənilir.
Meksika Milli Qasırğa Mərkəzinin (NHC) məlumatına görə, Aqata qasırğası bazar günü yerli vaxtla saat 13:00-da Puerto Angel şəhərindən təxminən 195 mil qərb-cənub-qərbdə yerləşib.
Yerli mülki müdafiə xidməti, Oaxaka ştatında sahil boyu 26,000 insanı qəbul edə biləcək 200 sığınacaq qurulub.