20 oktyabr – 20 noyabr tarixlərini əhatə edən “Uşaq hüquqları aylığı” çərçivəsində Regional Ekologiya və Təbii Sərvətlər İdarələrinin əməkdaşları Sumqayıt şəhəri 22 saylı tam orta məktəbin, Gəncə şəhəri Şah İsmayıl Xətai adına 13 nömrəli tam orta məktəbin, Lerik rayonunun Sivəkəran və Piran kənd məktəblərinin, Bərdə rayonu Əsman İsmayılov adına Mirzalıbəyli kənd tam orta məktəbinin, Mehdili və Xəsili kənd orta məktəblərinin, eləcə də Tərtər Peşə Məktəbinin şagirdləri ilə maarifləndirici görüşlər keçiriblər

20 oktyabr – 20 noyabr tarixlərini əhatə edən “Uşaq hüquqları aylığı” çərçivəsində Regional Ekologiya və Təbii Sərvətlər İdarələrinin əməkdaşları Sumqayıt şəhəri 22 saylı tam orta məktəbin, Gəncə şəhəri Şah İsmayıl Xətai adına 13 nömrəli tam orta məktəbin, Lerik rayonunun Sivəkəran və Piran kənd məktəblərinin, Bərdə rayonu Əsman İsmayılov adına Mirzalıbəyli kənd tam orta məktəbinin, Mehdili və Xəsili kənd orta məktəblərinin, eləcə də Tərtər Peşə Məktəbinin şagirdləri ilə maarifləndirici görüşlər keçiriblər.

Tədbirlər zamanı uşaqlara ətraf mühitin qorunması, tullantıların çeşidlənməsi və təkrar emalın vacibliyi barədə məlumat verilib, sağlam ekoloji mühitin hər bir uşağın fundamental hüquqlarından biri olduğu vurğulanıb. Qeyd olunub ki, “sağlam ətraf mühitdə yaşamaq hüququ” uşaqların rifahı, təhlükəsizliyi və gələcəyi üçün mühüm təminatdır.

Maarifləndirmə görüşlərinin əsas məqsədi uşaqlarda təbiətə qarşı məsuliyyət hissini gücləndirmək, ekoloji davranış mədəniyyətini formalaşdırmaq və tullantıların düzgün idarə olunmasının əhəmiyyətini aşılamaqdır.

Əvvəlki məqaləSabah yollarda görünüş məsafəsinin 300-800 metrədək məhdudlaşacağı gözlənilir
Növbəti məqalədə“II Yaşıl düşüncə maarifləndirmə proqramı” çərçivəsində tullantıların idarə olunması mövzusunda təlim keçirilib