şimşək

Azərbaycanda avqustun 8-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək, axşam mülayimləşəcək. Havanın temperaturu gecə 21-26°, gündüz 30-34° isti olacaq. Atmosfer təzyiqi 754 millimetr civə sütunundan 758 millimetr civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-75, gündüz 55-65 faiz təşkil edəcək.

Avqustun 8-də Abşeron çimərliklərində arabir güclənən şimal-qərb küləyi axşam mülayimləşəcək. Dəniz suyunun temperaturu şimal çimərliklərində – Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulbada 25-26° isti, cənub çimərliklərində – Türkan, Hövsan, Sahil, Şıxda 26-27° isti olacaq.

Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 20-25°, gündüz 31-36° isti, dağlarda gecə 12-16°, gündüz 18-23° isti olacağı ehtimal edilir.

Əvvəlki məqaləBakıda külək güclənib
Növbəti məqalədəNDC və LTS sənədlərinin ilkin layihəsi üzrə aidiyyəti qurumlarla müzakirələr aparılıb