Şabrandakı yanğının söndürülməsinə amfibiya təyyarəsi də cəlb olunub

    18

    Şabran rayonunda baş vermiş yanğının söndürülməsi tədbirləri davam etdirilir. Hazırda rayonun Zörhamı kəndində güclü küləklə müşayiət olunan yanğının operativ söndürülməsi işlərinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Aviasiya dəstəsinin “BE 200 ÇS” amfibiya təyyarəsi də cəlb olunub.

    Bu barədə Reporta FHN-dən məlumat verilib.

    Qeyd edək ki, dünən günorta saatlarından etibarən Şabran rayonunda baş vermis yanğınların söndürülməsində Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin, Şimal Regional Mərkəzinin qüvvələri, o cümlədən Nazirliyin Aviasiya dəstəsinin helikopteri iştirak edir

    Əvvəlki məqaləQuba və Şabran rayonlarının meşə ərazisində yanğın başlayıb
    Növbəti məqalədəSabahın hava proqnozu açıqlanıb