Yeniyetmələrin təbiətlə təmaslarının formalaşması, ekoloji turizmin təşviqi və “Yaşıl dünya naminə həmrəylik ili”nin məktəblilər arasında təbliği məqsədilə Abşeron Milli Parkının dəstəyi, 3 saylı Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə Şahdilidə məktəblilərin ekoturizm yarışması keçirilib.
“Report” xəbər verir ki, yarışa Bakı şəhər Uşaq-Gənclər İnkişaf Mərkəzinə daxil olan qurumların 9 komandası qatılıb.
Komandalar Şahdili istiqamətində müəyyən olunmuş vaxt üzrə 5 km-lik məsafəni qət etmək üçün yarışıb.
Ən yaxşı nəticə göstərən komandalar təltif edilib və müxtəlif hədiyyələrlə mükafatlandırılıb.