Sumqayıt

Aprelin 16-da Baş Prokurorluq tərəfindən Sumqayıtda ətraf region prokurorluqları və hüquq-mühafizə orqanlarının əməkdaşları, digər dövlət qurumlarının, habelə təhsil müəssisələrinin məsul şəxslərinin iştirakı ilə konfrans təşkil ediləcək.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, tədbir zamanı, həmçinin dövlət qurumları ilə qeyri-hökumət təşkilatları və media arasında müzakirələr aparılacaq.

Toplantı çərçivəsində Sumqayıt şəhər prokurorluğunda “Açıq qapı” günü təşkil ediləcək.

Baş Prokurorluq tərəfindən indiyədək 10-dan çox regional konfranslar təşkil edilib.

Əvvəlki məqalə15 aprel bütün dünyada “Ekoloji Biliklər Günü” qeyd olunur
Növbəti məqalədəOmanda daşqınlar nəticəsində 12 nəfər ölüb