Su quşlarının yaşayış yeri olan və beynəlxalq əhəmiyyət daşıyan su-bataqlıq ərazilərindən səmərəli istifadə etmək və onları qorumaq məqsədilə dünyanın bir çox ölkəsində, o cümlədən Azərbaycanda 2 fevral Ümumdünya Su-Bataqlıq Əraziləri Günü kimi qeyd edilir.
Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları bu əlamətdar gündə gəncləri köçəri quşların miqrasiya marşrutu üzərində yerləşən xüsusi mühafizə olunan təbiət ərazilərinin əhəmiyyəti, nadir quş növlərinin mühafizəsi və quşların müşahidəsi turizminin inkişafı barədə məlumatlandırıb, onlara bu ekoloji təqvim gününün əhəmiyyəti, su-bataqlıq ərazilərinin zəngin bioloji müxtəlifliyi haqqında ətraflı məlumatlar verib.
Daha sonra ziyarətçilər üçün “quşların müşahidəsi” (birdwatching) təşkil edilib, unikal və yaddaqalan mənzərələr yaradan su-bataqlıq quşları izlənilib.