“Yaşıl Dünya Uğrunda” Vətəndaş Cəmiyyəti Platforması

Mayın 21-də Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Vətəndaş İştirakçılığının Təşviqinə Dəstək İctimai Birliyinin həyata keçirdiyi “Yaşıl Dünya Uğrunda” Vətəndaş Cəmiyyəti Platformasının qurulması və inkişaf etdirilməsi layihəsi çərçivəsində planlaşdırılan 8 (səkkiz) təlimin sonuncu sayca səkkizinci “Ekoloji təhlükəsizlik, strateji ekoloji qiymətləndirmə və ekoloji ekspertiza” mövzusunda təlim keçirilmişdir.

Tədbiri giriş sözü ilə açan Vətəndaş İştirakçılığının Təşviqinə Dəstək İctimai Birliyinin sədri, “Yaşıl Dünya Uğrunda” Vətəndaş Cəmiyyəti Platformasının qurulması və inkişaf etdirilməsi layihəsinin rəhbəri Taleh Əliyev içtirakçıları salamladıqdan sonra sözü layihənin eksperti ekoloq alim Elçin Sultanova verdi. “Ekoloji təhlükəsizlik, strateji ekoloji qiymətləndirmə və ekoloji ekspertiza” mövzusunda təqdimatla çıxış edən ekspert ekoloji təhlükəsizlik, strateji ekoloji qiymətləndirmə və ekoloji ekspertiza haqqında təlim iştirakçılarına geniş məlumat verdi.

Təqdimatdan sonra koalisiyanın təsis olunması istiqamətində təşkilat komitəsi tərəfindən görülən işlərin yekunlaşdığı haqqında məlumat verən layihə rəhbəri Taleh Əliyev bildirdi ki, koalisiyanın təsis yığıncağı 28 mayda keçiriləcəkdir.

Xatırladaq ki, layihənin icra planına uyğun olaraq təlimlərə 25 Qeyri-Hökumət Təşkilatının nüməyəndəsi cəlb edilib. Təlimlərin sonunda ekoloji fəaliyyətlə məşğul olacaq QHT koalisiyasının yaradılması planlaşdırılır. Üçüncü təlim zamanı koalisiyanın yaradılması üçün təşkilat komitəsi yaradılıb və təsis üçün hazırlıq prosesinə start verilib.

Əvvəlki məqalə“Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi” mövzusunda növbəti təlim keçirildi
Növbəti məqalədə“Yaşıl Dünya Uğrunda” Vətəndaş Cəmiyyəti Platforması QHT koalisiyanın kordinatoru seçilib