16 iyul 2025-ci il tarixində Şəki Dövlət Regional Kollecinin binasında “Sağlam həyata doğru” Ekoloji İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə həyata keçirdiyi “COP29-un Qlobal Mirasının təhlili” layihəsinin davamı olaraq Dövlət Regional Kolleci, Pedoqoji Təhsil Mərkəzi, Mədəniyyət evi, şəhər1, 3 və 5 saylı orta məktəb müəllimləri, Narınqala folklar evinin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə Dəyirmi masa keçirmişdir.
Tədbiri giriş sözü ilə Şəki şəhər Regional Kollecin direktor müavini Pərviz Zeynalov açmışdır. P.Zeynalov bu gün keçirilən “COP29-un Qlobal Mirasının təhlili” layihəsinin mövzusu aktual olduğundan İctimai Birliyin nümayəndələri rayonumuza gəlmişlər. P.Zeynalov İqlim dəyişmələri və 2024-cü ildə Bakıda keçirilən COP29 barədə məlumat verdi və Şəki rayonuna təsirlər barədə danışdı Sonra P.Zeynalov sözü “Sağlam həyata doğru” Ekoloji İctimai Birliyinin sədri, layihənin eksperti, kimya elmləri üzrə fəlsəfə doktoru Sadiq Həsənova verdi.
S.Həsənov çıxışını təqdimat formasında başlayaraq bildirdi ki, Şəki şəhəri tarixi ənənələrə və əzəmətli tarixi, eyni zamanda Böyük Qafqaz sıra dağlarının cənub ətəyində yerləşməklə çox füsunkar bir təbiətə malik bir coğrafiyada yerləşir. Şəki şəhəri daima yerli və xarici turistlərin ziyarət etdiyi yerdir. Şəhər Azərbaycan tarixində önəmli yerlərdən birini tutur və region İqlim dəyişmələrinə çox həssasdır. Bu regionda. Bu günlrdə havanın temperaturu Şəki təbiətinə uyğun olmayaraq çox isti keçir. İqlimdə baş verən dəyişmələrin Şəki rayonunda həmişə fəsadlarla müşayət olunur, baş verən sellər xüsusilə Kiş çayının tez-tez daşması rayon ərazisinə çoxlu ziyanlar vurur. Məlum olduğu kimi BMT-nin İqlim dəyişmələri barədə çərçivə konvensiyasının COP-29 Tərəflər konfransı 2024-cü ilin noyabr ayının 11-dən 22-nə kimi Azərbaycanda Bakı şəhərində keçirilmişdir. COP-29-un 22 noyabrda bitməsi nəzərdə tutulsada bəzi maliyyə və təşkilati məsələlərdə razılıq olmadığından 24 noyabr gecə saat 2:40 da Konfransı ancaq bitirmək mümkün olmuşdur. Tərəflər konfransında iqlimdə baş verən temeperatur artımının Paris iqlim sazişinə görə 2oC artmamasına qarşı tədbirlər görmək öhdəlik kimi bir çox ölkələr tərəfindən götürülmüşdür. Hazırda temperaturun 1,5 oC artması artıq alimlər və dünya dövlətləri tərəfindən qəbul edilmişdir. İqlim dəyişmələrinin əsas təsirləri su ehtiyatlarına, kənd təsərrüfatı işlərinə, dəniz və okeanlara və bitki aləminə ciddi təsir edir. Bu təsirlərin azaldılması üçün hər bir ölkə öhdəlik götürərək mədən yanacaqlarından (neft, benzin, dizel təbii qaz, kömür və s) istifadəni azaltmalı, alternativ enerjiyə (külək, günəş, su və s) keçməni təmin etməlidir. Əgər ölkələr bu istiqamətdə fəaliyyət göstərə bilsələr qısa müddətdə iqlim dəyişmələrinin artmasında stabillik yarana bilər və tullantı qazları (karbon-dioksid, CO2, Metan CH4, azot oksidləri (NO, N2O, NO2 və s) və digər qazlar azala bilər və burada hər kəs fəaliyyət göstərməlidir. Layihənin məqsədi İqlim dəyişmələrinə təsirin yumşaldılması üçün insanların maariflənməsidir. S.Həsənov təqdimatı yekunlaşdırdıqdan sonra auditoriyanın suallarını cavablandırmağa başladı.
Tədbirdə Regional Kollecin ekologiya müəllimi Polad Süleymanov çıxış edərək rayonun ekoloji vəziyyəti haqqında məlumat verdi və bir neçə sualla təqdimatçıya suallar verdi. Suallar əsasən elektrik avtomobillərinin elektromaqnit şülanması yaratması, Oğuz Qəbələ Bakı su kəmərinin çəkilməsinin regionda su ehtiyatlarına təsiri, yaşıllıqların sahəsinin azalması və s. kimi suallar idi. Sadiq Həsənov elektrik avtomobillərində istifadə olunan elektrik batareyalarının elektromaqnit şüası yaratmadığını, Bakıya çəkilən su kəmərinin su ehtiyatlarının azalmasına təsirinin çox az olmasını və meşə sahələrinin artması üçün hər birimizin çalışmalı olduğunu bildirdi. Sonra Təhsil mərkəzindən Zəminə Rəsulova COP-29 barədə danışaraq qlobal istiləşmənin Şəki rayonuna təsiri və bu günkü mövzunun əhalinin bütün kateqoriyalarına izah edilməsi üçün layihənin yüksək rolunu qeyd etdi.
Müzakirədə mövzu ətrafında Şəki 2 saylı Regional Kollecin direktor müavini Xəyalə Nağıyeva çıxış edərək tədbirin əhəmiyyəti və hazırlanmış kitabçanın dərs vəsaiti kimi istifadəsi üçün Kollecdə istifadə edilə biləcəyini vurğuladı. Tədbirdə layihə çərçivəsində hazırlanmış kitabça və maarifləndirici materiallar iştirakçılara paylandı və sonra tədbir yekunlaşdı. Tədbir canlı müzakirələr şəraitində keçdi.