meşə yanğını

ABŞ-nin Kaliforniya ştatının cənubunda səhra küləyinin səbəb olduğu meşə yanğınları min hektardan çox ərazini məhv edib.

Trend xarici mətbuata istinadən xəbər verir ki, meşə yanğınları səbəbindən Riversayd dairəsində 4 mindən çox insan təxliyə edilib.

Oktyabrın 30-dan bəri yanğının miqyasi iki dəfə artıb. Güclü külək alovla mübarizəni çətinləşdirir.

Yanğınsöndürmə xidmətinin məlumatına görə, indiyə qədər yanğının yalnız 10 faizini söndürmək mümkün olub. Hakimiyyət orqanları 1220 evin 4270 sakininin məcburi təxliyəsi barədə göstəriş verib. Həmçinin, bölgədə bir neçə avtomobil yolu yanğın təhlükəsi səbəbindən bağlanıb.

Əvvəlki məqalə“Su və çirkab su tikintisi texnologiyaları” – AzMİU-da seminar
Növbəti məqalədəQvatemala sahillərində 5,4 bal gücündə zəlzələ baş verib