tozlu hava

Ölkə ərazisində müşahidə olunan duman sinoptik şəraitlə əlaqədar gözlənilən atmosfer hadisəsidir. Dumanlı hava şəraitinin fevralın 15-dək fasilələrlə davam edəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumatına görə, dumanlı hava şəraitinin səbəbi nisbətən soyuq hava kütləsinin isti səth üzərinə hərəkəti nəticəsində yaranan inversiya qatıdır. Xəzər dənizi üzərində formalaşan duman qatı cənub-şərq istiqamətli küləklərlə Abşeron yarımadasına daxil olub.

Hazırda Abşeron yarımadasında havanın temperaturu iqlim normasından 10 dərəcə yüksəkdir.

Əvvəlki məqaləMuxtar Babayev COP28-in prezidenti ilə görüşüb
Növbəti məqalədəMuxtar Babayev iqlim dəyişikliyi problemi ilə bağlı iqlim maliyyəsi yaratmağı təklif edib