Abşeronun park-bağlarında kompozisiyaların tərtibatı ilə bağlı tədqiqat

Abşeronun park-bağlarında kompozisiyaların tərtibatının öyrənilməsi məqsədilə 2019-2023-cü illərdə Elm və Təhsil Nazirliyi Dendrologiya İnstitutunun Landşaft memarlığı laboratoriyasında elmi-tədqiqat işləri aparılıb.

Bu barədə AZƏRTAC-a institutdan bildirilib. Tədqiqat nəticəsində müəyyən edilib ki, Abşeronun park-bağlarında kompozisiyaların müntəzəm üslubda (həndəsi formalı) və landşaft üslubda (orijinal formalı) düzəldilməsi məqsədəuyğundur. Kompozisiyaların tərtibatının bütün kompleksi struktur elementlərin qarşılıqlı əlaqəsindən asılıdır. Mərkəzdə ən çox diqqəti cəlb edən yerdə kompozisiyanın əsas mövzusunu əks etdirən iri, parlaq rəngli çiçəkli bitkilər əkilməlidir.

Qeyd olunub ki, bağ və parkların tərtibatında əsas ekoloji amillər – su, torpaq, işıq, temperatur rejimi və hava, eləcə də aqrotexniki işlər böyük rol oynayır.

Əvvəlki məqaləBakını yaşıl şəhərə çevirmək mümkündürmü?
Növbəti məqalədəSabah güclü külək əsəcək