“Abu Dhabi National Oil Co.” (ADNOC)

BƏƏ dövlət enerji şirkəti – “Abu Dhabi National Oil Co.” (ADNOC) dekarbonizasiya layihələrinə investisiyalarını 50 %-dən çox artıracaq.

“Report” “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə şirkətin məlumatında deyilir.

ADNOC-un Direktorlar Şurası bu məqsədlər üçün büdcənin 23 milyard ABŞ dollarına çatdırılmasını təsdiqləyib.

“Şirkət dekarbonizasiyanı sürətləndirmək, bərpa olunan enerji layihələri və sənayenin 2045-ci ilə qədər karbon neytrallığına doğru hərəkətini dəstəkləyəcək aşağı karbon həlləri hazırlamaq üçün qabaqcıl texnologiyalardan istifadə edəcək”, – məlumatda qeyd olunub.

Daha əvvəl ADNOC 2030-cu ilin sonuna qədər dekarbonizasiya layihələri, texnologiyaları və aşağı karbon həlləri üçün 15 milyard ABŞ dolları xərcləməyi planlaşdırdığını bildirmişdi.

Əvvəlki məqaləCOP29 Azərbaycan Əməliyyat Şirkətinin İdarə Heyətinin sədri məlum olub
Növbəti məqalədəBakıda və Abşeron yarımadasında hava arabir yağıntılı olacaq, bəzi yerlərdə sulu qar, qara keçəcək