Ağacəkmə aksiyası
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının təşkilatçılığı ilə Müşfiqabad qəsəbəsində ağacəkmə aksiyası keçirilib.

Vəkil Günü peşə bayramı ilə əlaqədar təşkil olunan ağacəkmə aksiyasında ekologiya və təbii sərvətlər nazirinin birinci müavini Rəşad İsmayılov, Vəkillər Kollegiyasının sədri Anar Bağırov, həmçinin hər iki qurumun rəhbər heyəti və əməkdaşları iştirak edib.

Tədbir çərçivəsində Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun Eldar şamı və zeytun ağacları əkilib.
Əvvəlki məqalə“ETSN-də bir gün” layihəsi çərçivəsində məktəblilər üçün maarifləndirici görüş keçirilib
Növbəti məqalədəOrdubadın dağlıq ərazilərində qarın hündürlüyü 29 sm-ə çatıb