Elm və Təhsil Nazirliyi Dendrologiya İnstitutu və Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin təşəbbüsü ilə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası məqsədilə “Yaşıl həyat” layihəsinin icrası həyata keçirilib.
Bu barədə “Report”a institutdan məlumat verilib.
Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramının Zəngilan rayonu Ağalı kəndi ərazisində bitki örtüyünün taksonomik tərkibinin təhlili, bitki növlərinin introduksiyası, genofondun bərpası istiqamətində tədqiqatların aparılması, biomüxtəlifliyin genişləndirilməsi və davamlı istifadəsinin həyata keçirilməsi məqsədilə Dendrologiya İnstitutunun təcrübə sahəsində becərilən dekorativ ağac və kol bitki kolleksiyasından istifadə edilib.
Zəngilan rayonu Ağalı kəndi ərazisinə birbaşa Olea europaea L. (Avropa zeytunu)-40, Chrysanthemum L.(Payız gülü) -110, Dimorphotheca aurantiaca L.-(Dimorfateka)-55, Ligustrum ovalifolium Thunb. (Yumru birgöz)- 4, Aqava americana L. (Amerika aqavası)-9, Cupressus sempervirens pyramidalis L. (Piramidal sərv)- 80, Thuya pyramidalis L.(Piramidal tuya)- 25, Rosa L- (Qızılgül)- 60, Platanus orientalis L. (Xan çinar)- 10, Rosmarinus officinalis (Rozmarin)-30, Kentucky bluegrass (Qazon) -200 kv aparılaraq, orta məktəb və ətraf ərazilərin yaşıllaşdırılması işi həyata keçirilib.
Qeyd edək ki, Dendrologiya İnstitutunun işçi qrupu tərəfindən Zəngilan rayonuna ekspedisiya təşkil edilmiş, tədqiqat ərazisində monitorinq keçirilərək bitki növlərinin bioloji xüsusiyyətlərinin öyrənilməsi istiqamətində müşahidələr aparılaraq, istifadə edilən dendrofloranın taksonomik tərkibinin kompleks tədqiq edilməsi davam etdirilir.