Ağstafa çayından sel keçib

Ağstafa çayından sel keçib.

“Report”un Qərb bürosunun məlumatına görə, rayonun Molla Cəfərli, Xılxına, Pirli, Kolayır və bir neçə kəndi ilə rayon mərkəzini birləşdirən yolda çətinliklər yaranıb.

Bu da rayon mərkəzi ilə əlaqəni kilometrlərlə uzadır. Hazırda sözügedən kəndlərin sakinləri alternativ yollardan istifadə edirlər.

Qərb bölgəsində yağıntılı hava şəraiti davam edir.

Əvvəlki məqaləVətəndaşlar Novxanıda tullantıları tinglərə dəyişiblər
Növbəti məqalədəBDU-da “WUF13 Gənclik simulyasiyası”