ovçu

Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı rayonun Ağarx kəndi ərazisində qanunsuz ov edən şəxslər saxlanılıblar.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan “Report”a verilən məlumata görə, araşdırma zamanı onların rayon sakinləri – S.Manafov, E.Nəcəfzadə və A.Alışov olduqları müəyyən edilib.

Həmin şəxslərdən 1 ədəd “İJ” markalı ov tüfəngi və ovladıqları çöl quşları aşkar olunaraq götürülüb.

Araşdırma aparılır.

Əvvəlki məqaləAzərbaycan qlobal iqlim dəyişmələri ilə mübarizəyə mühüm töhfələr verəcək
Növbəti məqalədəBakıda 2, dağlarda 15 dərəcəyədək şaxta olacaq