qanunsuz kömür quyusu

Ağsu Rayon Polis Şöbəsinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının birgə keçirdikləri tədbirlər zamanı rayonun Nuran kəndində qanunsuz yolla ağac kömürü istehsal edən quyular aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan “Report”a verilən məlumata görə, qanunsuz kömür istehsal edən şəxslərin kimliyi müəyyən olunub və onların barəsində İnzibati Xətalar

Məcəlləsinin müvafiq maddəsi maddəsi ilə protokol tərtib edilərək məsuliyyətə cəlb olunublar.

Əvvəlki məqaləAzərbaycana daha 10 zubr gətirilib
Növbəti məqalədəAvtoyuma məntəqələrində içməli su israfının azaldılması üçün nələr edilə bilər?