Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbərinin müavini Zoltan Salai
Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbərinin müavini Zoltan Salai

Avropa İttifaqı (Aİ) COP29-un uğurlu keçirilməsini təmin etmək üçün Azərbaycan hökuməti ilə əməkdaşlıq edir.

“Report” xəbər verir ki, bunu Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbərinin müavini Zoltan Salai ADA Universitetində “COP29: İqlim üzrə fəaliyyət üçün imkanlar və çağırışlar. Avropa və regional perspektivlər” mövzusunda keçirilən tədbirdə deyib.

Onun sözlərinə görə, Avropa İttifaqı COP məqsədlərinin səmərəli həyata keçirilməsi üçün yollar və planlar təklif etməyə, nəqliyyat, sənaye və ekoloji həllər sahələrində iqlim siyasətinin təşviqində Azərbaycana dəstək verməyə hazırdır.

Əvvəlki məqaləAzərbaycan səfiri Filippinin xarici işlər katibinin müavini ilə COP29-u müzakirə edib
Növbəti məqalədəBMT: Azərbaycanın COP29-a ev sahibliyi etməsi ölkə üçün böyük nailiyyətdir