bitki

Milli okean və atmosfer administrasiyasının qlobal sistemlər laboratoriyasından olan amerikalı alimlər müəyyən ediblər ki, çiçəklərin tozlanma dövründə bitki tozcuqları təkcə allergiyaya səbəb olmur, həm də hava şəraitinə təsir edir.

“Report” xəbər verir ki, bu barədə məlumat qurumun rəsmi saytında dərc olunub.

Ekspertlərin qənaətləri RAP-Chem hava və atmosfer kimyasının proqnozlaşdırılması modelinə əsaslanır.

Sistem meteoroloji göstəriciləri nəzərə alır və atmosferdəki toz, his, ozon, çiçək tozu və digər hissəciklərin konsentrasiyası haqqında məlumatlardan istifadə edərək havanın keyfiyyətini təhlil edir.

Tədqiqatda yağıntıların çiçək tozlarının səviyyələrinə ikili təsir göstərdiyi məlum olub.

Yağış onu havadan təmizləsə də, yüksək rütubət və hətta şimşək çaxması bitki hissəciklərini dağıda və onları daha kiçik parçalara ayıra bilər.

Çiçək tozu, havadakı digər asılı maddələr kimi, Günəş işığını səpə bilər, buludların əmələ gəlməsi üçün toxum rolunu oynaya bilər və temperatura, görmə qabiliyyətinə və yağıntılara təsir göstərə bilər.

Alimlərin fikrincə, bu məlumat bitkilərin çiçəkləmə dövründə daha dəqiq hava proqnozu yaratmağa imkan verəcək.

Əvvəlki məqaləSabah yağış yağacaq, şimşək çaxacaq
Növbəti məqalədəMuxtar Babayev İslamabadda Azərbaycan parkını ziyarət edib