Su Nəqliyyatında Polis İdarəsi

Daxili İşlər Nazirliyinin (DİN) Su Nəqliyyatında Polis İdarəsinin Lənkəran Xətt Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə Astara rayonu ərazisində Şahağacı çayında qanunsuz balıq ovu ilə məşğul olan rayon sakini N.Əliyev saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, həmin şəxsdən sintetik torlar və qanunsuz ovlanmış müxtəlif növ balıqlar aşkarlanıb.

Araşdırmalar davam etdirilir.

Əvvəlki məqaləSabaha olan hava proqnozu açıqlanıb, dağlıq ərazilərdə qar yağacağı gözlənilir
Növbəti məqalədəİndoneziya sahillərində 5,3 maqnitudalı zəlzələ olub