Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın yeni tərkibinin formalaşdırılması barədə elan

İctimai Şuraya seçkilərin təşkili ilə əlaqədar vətəndaş cəmiyyəti institutları 1 (bir) nəfər şəxsin namizədliyinin irəli sürülməsi məqsədilə ərizəni (namizədin yaşayış ünvanı və elekton poçt ünvanı göstərilməklə) 13.12.2023-cü il tarixinədək aşağıda göstərilən sənədlərlə birlikdə pr@eco.gov.az ünvanına və ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (Bakı şəhəri, K.Kazımzadə küç., 100 A) poçt vasitəsilə təqdim edə bilərlər:

  • Namizədin şəxsiyyət vəsiqəsinin surəti;
  • Namizədin tərcümeyi-halı;
  • Namizədin vətəndaş cəmiyyəti institutunun üzvü olması barədə təsdiqedici sənədin surəti;
  • Namizədin müvafiq sahədə təcrübəyə və ya biliyə malik olmasını təsdiq edən sənədin (sənədlərin) surəti;

Vətəndaş cəmiyyəti institutu tərəfindən ərizəyə namizəd barədə geniş məlumat verən digər sənədlər əlavə oluna bilər.

Bundan əlavə namizəd irəli sürüb-sürməməsindən asılı olmayaraq bütün vətəndaş cəmiyyəti institutları seçkinin keçirilməsi məqsədilə təşkil ediləcək ümumi yığıncaqda iştirak etməsi üçün təmsilçisinin məlumatlarını təqdim edə bilərlər.
Əvvəlki məqaləAREA-nın şöbə müdiri “Azərbaycanda az tullantılı və tullantısız elektrik nəqliyyatına keçid” mövzusunda keçirilən seminarda çıxış edib
Növbəti məqalədəBakıda Türk Dünyası II Meteorologiya Forumu öz işinə başladı