“Azərbaycan təbiəti” kitabının təqdimatı

Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr edilən “Azərbaycan təbiəti” kitabının təqdimatı keçirilib.

“Report” xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkil etdiyi tədbirdə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, Braziliyanın Azərbaycandakı səfiri Manuel Monteneqro, Birləşmiş Ərəb Əmirliklərinin ölkədəki səfiri Məhəmməd Əl Buşi, tədqiqatçı-alimlər, dövlət qurumlarının əməkdaşları iştirak ediblər.

Təqdimatda yaşıllıqların artırılmasına, ətraf mühitin sağlamlaşdırılmasına hər zaman böyük önəm verən Heydər Əliyevin xalq qarşısındakı misilsiz xidmətlərindən, Azərbaycan təbiətini hədsiz dərəcədə sevən Ümumilli Liderin təbiətə, yaşıllıqlara qayğı və ənənələrinin davam etdirilməsindən danışılıb.

Qeyd edilib ki, kitab ekosistemin ayrılmaz tərkib hissəsi olan bioloji müxtəlifliyin mühafizəsində, gələcək nəsillərə çatdırılmasında və təbliğində mühüm rol oynayacaq.

Tədbirdə həmçinin 2024-cü ilin Azərbaycan Prezidenti tərəfindən “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsinin ətraf mühitin qorunmasına verilmiş mühüm töhfə olduğu bildirilib və BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyasının – COP29-un növbəti ildə ölkədə keçirilməsinin əhəmiyyəti vurğulanıb.

Əvvəlki məqaləETSN-də ilin yekunlarına və qarşıda duran vəzifələrə dair kollegiya iclası keçirilib
Növbəti məqalədəGüclü külək əsəcək, yağış və qar yağacaq