Rusiya Federasiyası Baş nazirinin müavini Aleksey Overçuk və Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev
Rusiya Federasiyası Baş nazirinin müavini Aleksey Overçuk və Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev

Rusiya Federasiyası Baş nazirinin müavini Aleksey Overçuk Moskvada Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev ilə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Bakıda keçiriləcək 29-cu Tərəflər Konfransına hazırlığı müzakirə edib.

“Report” xəbər verir ki, bu barədə Rusiya hökumətinin saytı məlumat yayıb.

“Danışıqlarda iki ölkənin ekoloji əməkdaşlığının aktual məsələləri və Rusiya nümayəndə heyətinin BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 2024-cü ilin noyabrında Azərbaycanda keçirilməsi planlaşdırılan 29-cu sessiyasında iştirakına hazırlıq nəzərdən keçirilib”, – məlumatda deyilir.

Qeyd edilir ki, görüşdə Rusiya Prezidentinin iqlim məsələləri üzrə xüsusi nümayəndəsi Ruslan Edelgeriyev, iki ölkənin nazirliklərinin nümayəndələri iştirak ediblər.

Əvvəlki məqaləAzərbaycanın ev sahibliyi edəcəyi COP29 qlobal sülhə də töhfə verəcək
Növbəti məqalədəBəzi rayonlara yağış yağıb, Xəzərdə dalğanın hündürlüyü 3.4 metrə çatıb