ovçu

Azərbaycanda 2023-2024-cü illər üzrə ov mövsümü fevralın 25-də başa çatacaq.

Bunu “Report”a açıqlamasında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev bildirib.

Onun sözlərinə görə, bu tarixdən sonra ov icazələrinin verilməsi dayandırılacaq, vətəndaşların ov etmələri qadağan olunacaq. Xidmət rəisi, həmçinin ovla məşğul olan şəxsləri qadağan olunan vaxtlarda ov qaydalarına əməl etməyə çağırıb.

“Ov mövsümünün bitməsi heyvanların və quşların bioloji xüsusiyyətləri ilə bağlıdır. Bu müddətdə növlərin çoxalma və miqrasiya dövrü başladığından onların populyasiyasına və təbii artımına zərər verilməməsi üçün ov qadağan olunur”, – deyə Xidmət rəisi qeyd edib.

Əvvəlki məqaləLondonda COP29-a hazırlıq haqqında məlumat verilib
Növbəti məqalədəGüclü külək əsəcək, yollar buz bağlayacaq