Azərbaycan Respublikasının İsveç Krallığındakı səfiri Zaur Əhmədov və İsveçin iqlim məsələləri üzrə səfiri, bu ölkənin BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası üzrə nümayəndə heyətinin rəhbəri, səfir Mattias Frumerie

Martın 5-də Azərbaycan Respublikasının İsveç Krallığındakı səfiri Zaur Əhmədov İsveçin iqlim məsələləri üzrə səfiri, bu ölkənin BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası üzrə nümayəndə heyətinin rəhbəri, səfir Mattias Frumerie və onun katibliyinin üzvləri ilə görüş keçirib.

AZƏRTAC xəbər verir ki, görüş zamanı qarşı tərəfə 2024-cü ilin noyabr ayında Azərbaycanda keçiriləcək COP29-a hazırlıq prosesi haqqında məlumat verilib, bu mötəbər beynəlxalq tədbirlə bağlı Azərbaycan və İsveç arasında mümkün qarşılıqlı fəaliyyət imkanları barədə fikir mübadiləsi aparılıb.

Həmçinin, İsveçin iqlim məsələləri üzrə səfirinin qarşıdakı dövrdə Azərbaycana edəcəyi səfərin müvafiq əməkdaşlıq imkanlarının azərbaycanlı tərəfdaşlarla ətraflı müzakirəsinə imkan yaradacağına ümid ifadə edilib.

Əvvəlki məqaləBƏƏ Azərbaycanda keçiriləcək COP29 konfransı ərəfəsində maliyyə səylərini səfərbər edir
Növbəti məqalədəQaçqınkom tərəfindən Zabuxda ağacəkmə aksiyası keçirilib