“Azad olmuş ərazilərdə yırtıcı və zəhərli heyvanlardan qorunma” adlı layihə

“Bioloji Müxtəliflik Mərkəzi” İctimai Birliyi “Azad olmuş ərazilərdə yırtıcı və zəhərli heyvanlardan qorunma” adlı layihənin icrasını davam etdirir. Layihənin məqsədi işğaldan azad edilmiş ərazilərdə doğma yurdlarına qayıtmış yerli sakinləri, quruculuq sahəsində çalışan insanları ərazinin heyvanat aləmi, o cümlədən yırtıcı və zəhərli heyvan növləri barədə məlumatlandırmaq, bu təhlükəli heyvanlardan qorunma tədbirləri ilə bağlı təlimatlandırmaqdır.

2024-cü il iyulun 27-28-də Laçın şəhərində 100 nəfərə yaxın yerli sakin və yol-tikinti işçiləri ilə görüşlər keçirilib, onlara yırtıcı məməlilərə və quşlara, zəhərli ilanlara, əqrəb və həşəratlara həsr olunmuş bukletlər paylanıb, suallar cavablandırılıb.

Bundan əvvəl anoloji görüşlər Füzulidə də keçirilib.

Layihənin donoru Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.

Əvvəlki məqaləSabah bəzi yerlərdə yağış yağacaq
Növbəti məqalədəXəzərin Bilgəh sahilində təmizlik aksiyası: 1 ton tullantı toplanıb