ağac

“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində 2023-cü ilin hazırkı dövrünədək Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının ərazisində Meşələrin İnkişafı Xidmətinin yerli qurumları tərəfindən ümumilikdə 46 hektar sahədə 5 800 ədəddən artıq ağac əkilib, 3150 kq toxum səpilib.

Bunu “Report”a açıqlamasında Meşələrin İnkişafı Xidmətinin rəisi Cabbar Qəribov bildirib.

Onun sözlərinə görə, aparılan meşəbərpa tədbirləri zamanı Regional Meşə Təsərrüfatı Mərkəzlərinin tinglik sahələrində yetişdirilən və yerli torpaq-iqlim şəraitinə uyğun əkin materiallarından istifadə olunub.

“Proqram çərçivəsində 2026-cı ilin sonunadək Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın, Kəlbəcər, Xocavənd, Ağdam və Füzuli rayonlarının 1150 hektar sahəsində meşəbərpa tədbirlərinin aparılması nəzərdə tutulub”, – C.Qəribov deyib.

Əvvəlki məqaləLeyla Əliyeva Dubayda COP-28 çərçivəsində iqlim dəyişiklikləri üzrə müzakirələrdə iştirak edib
Növbəti məqalədəZığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib