yağıntılı

Azərbaycanda yanvarın 26-na gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi şəhərətrafı ərazilərdə qısamüddətli yağıntılı olacağı ehtimalı var. Cənub küləyi əsəcək. Havanın temperaturunun gecə 0-3°, gündüz 5-8° isti olacağı ehtimal edilir.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 0-5° şaxta, gündüz 3-7° isti, dağlarda gecə 9-14°, gündüz 1-6° şaxta olacağı bildirilir.

Gecə və səhər bəzi dağlıq və dağətəyi ərazilərdə yolların buz bağlama ehtimalı var.

Əvvəlki məqaləBDU-nun gənc alimi yaşıl enerji istehsalı üzrə araşdırmalar aparır
Növbəti məqalədəDünya Ekoloji Təhsil Günü ərəfəsində növbəti maarifləndirici görüş keçirilib