dumanlı hava şəraiti

Bəzi dağlıq və dağətəyi rayonlarda dumanlı hava şəraiti ilə əlaqədar avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq.

Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən xəbərə görə, dekabrın 4-də əsasən gecə və səhər saatlarında dağlıq və dağətəyi rayonlarda dumanlı hava şəraiti ilə əlaqədar olaraq magistral avtomobil yollarının bəzi hissələrində görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı ehtimal olunur.

Əvvəlki məqaləSabah paytaxtda şimal-qərb küləyi əsəcək
Növbəti məqalədəZooloqlar delfinlərin Yerin maqnit sahəsini hiss etdiklərini üzə çıxarıblar