Saat 12:00-a olan məlumatına əsasən hazırda ən güclü külək Bakı və Abşeron yarımadasında müşahidə olunur, küləyin maksimal sürəti 30 m/s-dir.
“Report” xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.
Onun sözlərinə görə, səhər saatlarından başlayaraq bölgələrdə müşahidə olunan güclü şimal-qərb küləyi artıq qərb rayonlarında nisbətən zəifləyib:
“Belə ki, hazırda küləyin maksimal sürəti Naftalanda 24 m/s, Goranboyda 23 m/s, Mingəçevir, Yevlax, Tərtərdə 22 m/s, Şabran, Altıağac, Şəmkir, Gəncədə 20 m/s, Bərdədə 18 m/s, Ağdam, Xaçmazda 16 m/s-dir”.
G.Məmmədova qeyd edib ki, müşahidə olunan güclü şimal-qərb küləyi axşama doğru tədricən zəifləyəcək.