yaşıllıq sahəsi

Bakının Nəsimi rayonu C.Məmmədquluzadə küçəsində inşa olunan “B04” metro stansiyasının tikintisi başa çatdıqdan sonra həmin ərazidə 15 min kvadratmetr yaşıllıq sahəsinin salınması planlaşdırılır.

“Report” xəbər verir ki, bunu Bakı Metropoliteni QSC Perspektiv inkişaf və əsaslı tikintiyə nəzarət departamentinin rəis müavini Nişat Həmidov Dövlət Ekoloji Ekspertiza Agentliyində keçirilən ictimai dinləmədə deyib.

Onun sözlərinə görə, yaxın zamanda “B04” stansiyasının 4 çıxışının tikintisinə başlanılacaq: “Həmin stansiyanın 2 çıxışının altına düşən yaşıllıqların köçürülməsi ilə bağlı layihə hazırlanıb. Metrostansiyanın tikintisi başa çatdıqdan sonra sahədə 400-ə yaxın kol bitkisi, 200-a yaxın ağac, 300-ə yaxın mövsümi güllərin əkilməsi, ümumilikdə 15 min kvadrat metr yaşıllıq sahəsinin salınması planlaşdırılır”.

Əvvəlki məqaləSumqayıt şəhərində yeni yaşıllıq sahələrinin salınmasına dair maarifləndirici tədbir təşkil olunub
Növbəti məqalədəBakıda havada dəm qazı normadan artıqdır