Bakı

Sabah Bakıda Türk Dünyası II Meteorologiya Forumu keçiriləcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən “Report”a verilən məlumata görə, forumda türkdilli ölkələrin ətraf mühit və iqlim dəyişmələri nazirləri, hidrometeorologiya xidmətlərinin rəbər şəxsləri, dövlət qurumlarının nümayəndələri və ekspertlərin iştirakı gözlənilir.

Forumun keçirilməsində məqsəd iqlim dəyişmələri sahəsində əlaqələndirilmiş fəaliyyətin aparılması, ekstremal hava şəraiti ilə bağlı erkən xəbərdarlıq sisteminin qurulması üzrə təcrübə mübadiləsinin genişləndirilməsidir.

Xatırladaq ki, 19 fevral 2021-ci il tarixində Türkiyənin Ankara şəhərində Türk Dünyası I Meteorologiya Forumu keçirilmişdi.

Əvvəlki məqaləETSN rəsmisi: Azərbaycanda iqlim dəyişmələri təsirlərinin azaldılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir
Növbəti məqalədəQanunsuz ov edən şəxslərdən qadağan olunmuş ov alətləri götürülüb