tozlu hava

Martın 29-u günün ikinci yarısından başlayaraq Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur.

“Report” xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin aparıcı mütəxəssisi Leyla Mədətova bildirib.

Onun sözlərinə görə, hazırda havada tozun miqdarı normadan 1.2 dəfə artıqdır.

“Peyk görüntülərinə əsasən tozlu hava şəraitinə səbəb cənub istiqamətli küləklər vasitəsilə ölkə ərazisinə Xəzər dənizi üzərindən daxil olan toz dumanıdır. Tozlu hava şəraitinin yaxın iki gün ərzində davam edəcəyi gözlənilir”.

Əvvəlki məqaləCOP29 karbohidrogenlər və “yaşıl maliyyələşdirmə” ilə bağlı iqlim gündəliyinə təsir edəcək
Növbəti məqalədəGüclü külək əsəcək, çaylardan sel keçəcək