“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Balaxanı Əməliyyat Şirkəti ərazilərində ağacəkmə aksiyası keçirilib.
100-dən artıq şirkət əməkdaşlarının iştirakı ilə keçirilən tədbir zamanı ərazinin torpaq iqlim şəraitinə uyğun 500-dən artıq şam ağacı əkilib.
Yaşıllıq zonalarının bərpası və genişləndirilməsini təşviq edən tədbirin məqsədi ekoloji maarifləndirməni artırmaq, iqlim dəyişikliyi ilə mübarizəyə töhfə vermək, ətraf mühitin mühafizəsində aktiv iştiraka təşviq etməkdir.