Su Nəqliyyatında Polis İdarəsi

Su Nəqliyyatında Polis İdarəsinin İmişli Xətt Polis Məntəqəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə Baş Mil-Muğan kanalında qanunsuz balıq ovu ilə məşğul olan Saatlı rayon sakini E.Həsrətov saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, həmin şəxsdən qadağan olunan ov qurğuları, eləcə də qanunsuz ovlanmış balıq aşkar edilib. Araşdırmalar aparılır.

Əvvəlki məqaləBu ilin ilk Günəş tutulması başlayıb
Növbəti məqalədəYalçın Rəfiyev COP27-nin rəsmi nümayəndələri ilə COP29-a hazırlığı müzakirə edib