“Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi

”Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi çərçivəsində “Araz” supermarketlər şəbəkəsinin Sumqayıt filialından, “Rahat” supermarketlər şəbəkəsinin N.Nərimanov rayonu filialından, “Bravo” supermarketlər şəbəkəsinin Sumqayıt filialından və The Ritz Carlton oteldən ümumilikdə 44 kq işlənmiş batareya toplanaraq “Təhlükəli Tullantılar” MMC-yə təhvil verilib.

İstifadəyə yararsız elektrik batareyalarının çeşidlənməsi və xüsusi şəraitdə zərərsizləşdirilməsi məqsədilə ölkə ərazisində artıq 400-ə yaxın məntəqədə təhvil qutuları yerləşdirilib.

İşlənmiş batareyaları təhvil verən bütün vətəndaşlara ətraf mühitə həssaslıqla yanaşdıqları üçün təşəkkür edirik.

Əvvəlki məqaləEkologiya və Təbii Sərvətlər Nazirliyi “Torpaq əlimdə, bahar ürəyimdə” xeyriyyə yarmarkasına maarifləndirici təqdimatları ilə qoşulub
Növbəti məqalədəBayram günlərində milli parkları 3540 nəfər turist ziyarət edib