milli park

2024-cü “Yaşıl dünya naminə həmrəylik” ilinin ilk bayram günlərində Azərbaycanın müxtəlif ekosistemlərini əhatə edən milli parklara 5005 turist səfər edib.

Ölkə üzrə rəngarəng təbiət komplekslərinə malik 10 milli park fəaliyyət göstərir və hər gün ekoloji turizm həvəskarları üçün açıqdır.

Milli parklarda meşə, dağ, dəniz və digər təbii ekosistemləri əhatə edən 116 ekoturizm marşrutu mövcuddur.

Milli parklar xüsusi mühafizə edilən təbiət əraziləri olmaqla, ətraf mühitin, bioloji müxtəlifliyin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması istiqamətində Azərbaycanın beynəlxalq səviyyədə götürdüyü öhdəliklərin yerinə yetirilməsində xüsusi əhəmiyyət kəsb edir.
Əvvəlki məqaləAbşeronda kənd təsərrüfatı torpaqları başqa təyinatlar üçün istifadə olunub
Növbəti məqalədəMərdəkanda eko-bilik və turizm mərkəzi yaradılacaq