Bakı Dövlət Universitetinin (BDU) Elmi Kitabxanasında “Yaşıl dünya naminə həmrəylik ili” adlı kitab sərgisi təşkil edilib.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.
Sərgidə Azərbaycan təbiətinə, ekologiyanın müxtəlif sahələrinə aid 100-dən çox dərslik, dərs vəsaiti, atlas və ensiklopedik lüğət, konfrans materialları və digər nəşrlər nümayiş etdirilir.
Sərgilənən nəşrlər içərisində BDU-nun tanınmış alimlərinin müəllifi və həmmüəllifi olduqları “Ekologiya və ətraf mühitin mühafizəsi”, “İnsan ekologiyası”, “Meşə ekologiyası”, “Ensiklopedik ekoloji lüğət”, “Ekologiya, ətraf mühit və insan”, “Ekoloji geologiya”, “Ümumi ekologiya”, “Davamlı inkişaf kontekstində ekoloji siyasətin prioritet istiqamətləri və yaşıl iqtisadiyyat” adlı kitablar da yer alır.
Sərgi ilin sonunadək ziyarətçilər üçün açıq olacaq.